Elman Rüstəmovdan nəqliyatdakı bahalaşmaya reaksiya:"İnflyasiyaya təsiri minimal olacaq"

1 302 1-08-2018, 12:01 iqtisadiyyat / sosial

Elman Rüstəmovdan nəqliyatdakı bahalaşmaya reaksiya:"İnflyasiyaya təsiri minimal olacaq"“Tarif Şurasının nəqliyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya təsiri minimal olacaq”.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov məlumat verib: “Tarif Şurasının nəqliyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya bir qədər yüsəldici təsiri var. Lakin düşünmürük ki, bütövlükdə inflyasiyanın hədəf dəhlizindən (6-8%) kənarlaşdıra bilər. Düşünürük ki, qiymət artımının inflyasiyaya təsiri çox minimal olacaq”.

O qeyd edib ki, inflyasiyanın əsas amili məzənnə sabitliyi idi: “Biz məzənnə gözləntilərini sabitləşdirəndən sonra inflyasiya sabitliyinə nail olduq. Pul kütləsinin optimal formalaşmasına nail olmuşuq. Bu da inflyasiyanın idarə olunmasında mühüm ro oynayıb”.

O bildirib ki, uçot dərəcəsinin yumşalması inflyasiyadan qaynaqlanmaqla monetar şəraitin yumşalması, kredit aktivliyinin bərpasına yönəlib.

“Onun siqnal effekti yüksəkdir. Siqnal effekti maliyyə sektoru üçün ondan ibarətdir ki, əmanət, kredit faizlərinin formalaşmasına təsir edir. Monetar şəraitin yumşaldılması makroiqtisadi sabitliyin formalaşmasında mühüm rol oynayır”,- E. Rüstəmov əlavə edib/Report.

XƏBƏR LENTİ