Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə iş qrafikində dəyişiklik edib.
Kompleksdən verilən məlumatına görə, avqustun 15-dən 27-nə qədər BBAK gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur: “Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində 400-440 nəqliyyat vasitəsilə, təxminən, 12 min sərnişin Avtovağzaldan yola salınır. Sərnişinlər biletləri BBAK-ın kassalarından və ya onlayn qaydada – www.bbak.az saytından 10 gün öncədən əldə edə bilərlər. Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək.
Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər”.