Bakıda Mağazaları yoxlayan dəstə peyda olub - FOTOLAR

Bakıda Mağazaları yoxlayan dəstə peyda olub - FOTOLAR
Pandemiya dövründə özünü AQTA və Vergilər Nazirliyi ilə əlbir qrum kimi təqdim edənlər sahibkarlardan hansı adla pul alır?
Artıq 4 aydır ki, dünyanı lərzəyə gətirən pandemiya ölkəmizdə də iqtisadiyyat sektoruna zərər vurmaqda davam edir. Sahibkarların zərərini qarşılaqmaq üçün Prezident İlham Əliyevin göstərişi ilə İqtisadiyyat Nazirliyinin sahibkarlara və fərdi VÖEN istifadəçilərinə yardımı hər kəsin yadındadır və İqtisadiyyat Nazirliyi bu yaxınlarda bəyan etdi ki, sahibkarlara dəstək budəfəki sərt karantin dövründə də gündəmdədir. Çünki iyulun 5-nə qədər hamımız üçün çətin olsa da, yenidən evə qapanıb bu bəladan xilas olmağın yollarının axtarışındayıq.

Təəssüf ki, iyun ayının 16-da VÖEN-lə, Nərimanov rayonu İslam Abışov ünvanda özünə ərzaq mağazası açmış Rahid Xələfli iyunun 27-də - satmaq üçün aldığı ərzaqları hələ mağazaya tam yığmağa fürsət tapmamış kurioz hadisə ilə üzləşib.

Xeberdar.net xəbər verir ki, Dominant.az-a müraciət edən R.Xələflinin iddia etdiyinə görə, saat 11 radələrində özlərini Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Vergilər Nazirliyi ilə əlbir işləyən “Fakt Araşdırıcı-N” MMC kimi təqdim edən 1 kişi 2 qadından ibarət dəstə mağazaya daxil olub. Ondan 20 manat pul alaraq qəbz veriblər və bildiriblər ki, 3 aydan bir gələcəklər. X.Rahid əvvəlcə nəyin baş verdiyinin fərqinə varmasa da, özünə gələndən sonra AQTA-ya zəng edərək üzləşdiyi hadisə barədə məlumat verib. Agentlikdən ona bildiriblər ki, adıçəkilən MMC ilə heç bir əməkdaşlıqları yoxdur və məsləhət görüblər ki, bu barədə Korrupsiya ilə Mübarizə İdarəsinə xəbər versin. Şənbə günü olduğu üçün Rahid Xələfli Korrupsiya ilə Mübarizə İdarəsiylə əlaqə yarada bilməyib.Hadisə barədə bizə danışdıqdan sonra ona məsləhət gördük ki, 102-yə məlumat versin. Və o, belə də etdi, nəticədə operativ şəkildə zərərçəkmiş qismində Nərimanov Rayon Polis Şöbəsinə dəvət olundu. Ərizəsi alındıqdan sonra ona bildirildi ki, 10 gün ərzində məsələ ilə bağlı məlumat veriləcək.
Bakıda Mağazaları yoxlayan dəstə peyda olub - FOTOLAR

Maraqlıdır ki, bu ağır pandemiya dövründə mağazaları gəzərək, AQTA və Vergilər Nazirliyinin adından istifadə edib mağaza sahiblərindənpul yığan “fakt araşdırıcılar” kimdir? Dövlətin sahibkarlara dəstək verdiyi bir vaxtda qapı-qapı düşüb mağazalardan pul yığmaqda məqsədləri nədir? İqtisadiyyat və Vergilər Nazirliyinin bu MMC barədə məlumatı varmı? Bu suallara növbəti yazımızda aydınlıq gətirməyə çalışacağıq.

P.S. Rahid Xələfli bizə 20 manat müqabilində aldığı qəbzi və AQTA ilə danışıb aldandığını başa düşəndən sonra, qəzbə qol çəkən xanımla olan danışığını da təqdim edib. Yazışmadan da görünür ki, pulunu istəyən zərərçəkmişin istəyi ironiya ilə qarşılanıb, üstəlik “ultimatum” da veriblər.
Bakıda Mağazaları yoxlayan dəstə peyda olub - FOTOLAR
Bakıda Mağazaları yoxlayan dəstə peyda olub - FOTOLAR
Bakıda Mağazaları yoxlayan dəstə peyda olub - FOTOLAR

Bakıda Mağazaları yoxlayan dəstə peyda olub - FOTOLAR

  • 28-06-2020, 23:18
  • 797


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Polisin işə səthi yanaşması Göyçayda avtoxuliqanlıq nəticəsində qəzaların sayının artmasına səbəb olur
  2. ABŞ səfirliyinin əməkdaşlarına Rusiyanı tərk etmək öhdəliyi qoyulub
  3. Şəhid hərbçilərimiz dəfn olundu - YENİLƏNİB
  4. Babək rayon Nehrəm kənd sakinləri Naxçıvan MR Dövlət Nəqliyyat Xidmətindən şikayətçidirlər.
  5. Qalmaqallı deputat NAZİR OLMAQ EŞQİNDƏ... - Allah, SƏN SAXLA!..
  6. “ÖLÜ SÜKUT”: DSX-nin cəmiyyətə məlumat verməsində ciddi problem var - FOTO
  7. Prezidentin köməkçisi beynəlxalq təşkilatları Azərbaycana dəstək verməyə çağırıb
  8. Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
  9. QƏZAYA UĞRAYAN HELİKOPTERLƏ BAĞLI YENİ DETALLAR ÜZƏ ÇIXDI - VİDEO
  10. Ermənistanla sərhəddə antiterror ƏMƏLİYYATI
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI