Şuşa bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır

Şuşa bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını  bütün dünyaya bildirən bir mesajdır
2021-ci ilin 15 iyun günü Azərbaycan tarixində təkcə Qurtuluş Günü kimi deyil, həm də onunla yadda qaldı ki, məhz həmin gün Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq, dövlət başçımız başqa bir dövlət başçısını, həm də qardaş ölkənin rəhbərini Qarabağın gözü olan Şuşada qarşıladı.
İlk qonaq olaraq qardaş Türkiyə Prezidentinin seçilməsi də təsadüfi deyil. Çünki ikinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.
Bu ayın 15-də Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar iki ölkə arasında münasibətləri daimiləşdirməklə yanaşı Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa–quruculuq işlərində oynayacağı roldan da xəbər verir.
Həmin gün həmçinin, tək ölkəmiz üçün deyil, hər iki ölkə üçün çox böyük siyasi, hərbi və iqtisadi əhəmiyyəti olan “Şuşa bəyannaməsi”nin imzalanması bu ilin ən əhəmiyyətli hadisələrindən biridir. Bu bəyannamə Azərbaycanın zəfər tarixində yeni bir səhifənin başlanğıcıdır, desək, yanılmarıq. Təsadüfi deyil ki, cənab Prezident bəyannaməni imzalayarkən Qars müqaviləsini xatırladaraq qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra, azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi – ticarət əlaqəri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır.
Cənab Prezidentin Qars müqaviləsini xatırlatması təsadüfi deyil. Çünki indi də yüz il öncə baş verən hadisələrə oxşar hallar yaşanır. Amma böyük bir fərq ilə: əgər o zaman baş verənlər Ermənistanın və onun havadarlarının xeyrinə başa çatmışdırsa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövləti və xalqının birbaşa qələbəsi deməkdir.
Müdrik ölkə başçımız öz düzgün və qabaqgörən siyasəti nəticəsində yüz ildən sonra tarixi ədaləti bərpa etdi.
Bu Bəyannamə Ulu Öndər Heydər Əliyevin “Bir millət - iki dövlət!” deyiminin real tarixi təzahürüdür.
Qədim şəhərimiz Şuşada imzalanan bu tarixi sənəd bütün dünyaya səs salacaq, böyük əks – səda yaradaraq hələ uzun illər dillərdə dolaşacaqdır. Şuşada dalğalanan şanlı Azərbaycan və Türkiyə bayraqları isə birliyimizin rəmzi olaraq dünyaya mesaj verəcəkdir.

Gülər Quliyeva,
Salyan şəhər 4 saylı tam orta məktəbin direktoru

Şuşa bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır

  • 17-06-2021, 08:00
  • 200


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. BDU-da baş verən qanlı insidentlə bağlı SENSASİON TƏFƏRRÜATLAR
  2. Elmar Vəliyevin oğlu başqasının torpağını zəbt edib: - Özünə idman meydançası tikib
  3. Gəncədə küçələri su basdı, elektrik kəsildi - VİDEO
  4. Tovuzun icra başçısı HƏDDİNİ AŞIR... - İTTİHAM
  5. Bərdədə ər arvadını əlləri ilə boğub öldürüb
  6. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  7. Mətanət Əsədovanın həbs xəbəri yayıldı: “Qadınları evində iş adamlarına…”
  8. Prokuror DTX-ın saxladığı sabiq nazir müavininə 10 il həbs cəzası istəyib
  9. Qobustanda toylarda yoxlamalar aparıldı: Sahibkar külli miqdarda cərimələndi
  10. "Ağrımırdım, yalandan MƏNƏ ƏMƏLİYYAT DEDİLƏR, həyatım alt-üst olub" - "EGE HOSPİTAL" dan şikayət
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI