Qobustanda toylarda yoxlamalar aparıldı: Sahibkar külli miqdarda cərimələndi

Qobustanda toylarda yoxlamalar aparıldı: Sahibkar külli miqdarda cərimələndi

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı şadlıq saraylarında, fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aparılan yoxlamalar zamanı şəhər ərazisində fəaliyyət göstərən “Qırxbulaq” şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Aslan Dəmirov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunaraq 4 min manat cərimələnib.

Rayonun kəndlərində və şəhər ərazisində yerləşən ümumilikdə yeddi fərdi yaşayış evində keçirilən toy mərasimlərində də karantin rejiminin tələblərinin pozulması halları aşkarlanıb. Polis əməkdaşları tərəfindən həmin ünvanlara baxış keçirilən zaman dəvət edilən qonaqların müəyyən edilən say həddindən artıq olduğu müəyyən olunub.

Həmin toy sahiblərinin hər biri 400 manat cərimələnib.

Qobustanda toylarda yoxlamalar aparıldı: Sahibkar külli miqdarda cərimələndi

  • 28-07-2021, 14:55
  • 239


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI