Gürcüstan hücum edə bilər, silahlanmalıyıq - Bjaniya

511 7-08-2021, 20:37 dunya

Gürcüstan hücum edə bilər, silahlanmalıyıq - BjaniyaCənubi Osetiya və Abxaziya məsələsinin hərbi yolla həlli ssenarisi NATO və Gürcüstanın siyasi gündəmindən çıxarılmayıb, “respublikalar”ın tam silahlanmasına ehtiyac var.

Bunu qondarma Abxaziyanın “prezidenti” Aslan Bjaniya deyib.

“Qara dənizdəki son təlimlərə diqqət yetirmək istərdim. Bu, Cənubi Osetiya və Abxaziya məsələsinin hərbi yolla həlli ssenarisinin NATO və Gürcüstanın siyasi gündəmindən çıxmadığını göstərir və biz də müvafiq nəticələr çıxaracağıq. Kaş hər şey dinc olsun, ancaq tam silahlanmalı və bu cür təlimlərin nəticələrinə hazırlaşmalıyıq”, - Bjaniya bildirib./Axar.az

XƏBƏR LENTİ