ERMƏNİSTANDA YENİ TERROR TƏŞKİLATI YARADILIB - "Bizim düşmənimiz sərhədin o biri tərəfindədir”

549 17-08-2021, 06:30 siyaset / dunya

ERMƏNİSTANDA YENİ TERROR TƏŞKİLATI YARADILIB - "Bizim düşmənimiz sərhədin o biri tərəfindədir”Ermənistan “POGA” adlı məktəbdə pulsuz hərbi təhsil verən və Türkiyə əleyhinə fəaliyyət göstərən yeni bir terror təşkilatı yaradıb. Türkiyə və Azərbaycan əleyhinə olan bu təşkilatın “facebook” səhifəsində belə bir ifadə var: "Bizim düşmənimiz sərhədin o biri tərəfindədir”.

27 sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında toqquşma baş verdi və Ermənistan ordusu atəşkəs haqqında razılaşmanı pozaraq dinc əhaliyə və Azərbaycan ordusuna qarşı hücuma başladı. 44 gün çəkən müharibənin gedişində Azərbaycan 300-ə qədər yaşayış məntqəsini erməni işğalından azad etdi. Ermənistan Dağlıq Qarabağ uğrunda müharibədə ağır məğlubiyyətə uğradı və masa arxasında oturmağa məcbur oldu. 10 noyabr 2020-ci il tarixində iki ölkə müharibəni dayandırmaq və hərtərəfli həllə nail olmaq üçün Rusiyanın vasitəçiliyi ilə atəşkəs barədə müqavilə imzaladı. Ermənistanda baş verən siyasi gərginlikdə ordu Nikol Paşinyanın istefasını tələb etdi.

- POGA adlı məktəb gücünü xaricdən alır

Azərbaycanı təxribata çəkmək üçün mütəmadi atəşkəs rejimini pozan Ermənistan yeni terror təşkilatı qurur. “Hərbi Vətənpərvərlik Məktəbi” (POGA) adını almış bu təşkilat PKK və ASALA tərəfindən dəstəklənir.

“Əsassız Genosid İddialarıyla Mübarizə Dərnəyi”nin rəhbəri Savaş Eyilməz söyləyir ki, erməni diasporu tərəfindən maliyyələşdirilən bu təşkilat 20 mart 2021-ci il tarixindən fəaliyyətə başlayıb. ”POGA” məktəbinin ən böyük sponsoru ABŞ-ın Kaliforniya ştatında səhiyyə sektorunda fəaliyyət göstərən erməni əsilli biznesmen Vrej Qriqoryandır.

- Bütün imkanlar türk düşmənçiliyi üçün səfərbər olub

“POGA”-nın sosial şəbəkələrdəki yazılarında 18 yaşından 55 yaşınadək olan bütün erməniləri və həmçinin də digər ölkə vətəndaşlarını Türkiyə və Azərbaycana qarşı fəaliyyətə çağırır. Bu təşkilat sosial şəbəkələrdə onun fəaliyyətini təbliğ edənlərə 100 dollar mükafat ödəyir. Bundan başqa hətta “POGA” məktəbi Moskvadan Yerevana birbaşa reyslə uçan üzvlərinin bilet pulunu da öz üzərinə götürür. Bu məktəbdə təşkilatın üzvlərinə terror fəaliyyətlərinin necə həyata keçirilməsi barədə dərslər keçirlər.

Əsasən gəncləri özünə cəlb etməyə çalışan “POGA” məktəbində keçmiş hərbi mütəxəssislər kişilərlə yanaşı qadınlara da hərbi dərslər verirlər.vHəmin məktəbdə silahdan atəş açmaqla yanaşı ilk tibbi yardım, hərbi strategiya, hərbi texnikadan istifadə və həm də psixoloji hazırlıq barədə məşğələlər keçirlər.

“POGA”-nın bu təlimlərindən əlavə soyuq silahdan istifadə, əldədüzəltmə partlayıcılar hazırlamaq, təbii mühitdə tək qalmaq, əlbəyaxa döyüş sənətləri, çətin şərtlər daxilində sağ qalmaq kimi metodlar da öyrədilir.

- “Düşmən sərhəddin o biri tərəfindədir”

POGA-nın “facebook” səhifəsində belə bir ifadə yer alır: "Sərhədin bu tərəfində düşmən axtarmayayın. Sizin düşməniniz sərhədin o biri tərəfindədir. Təhqirlər və ya iftiralarla bu düşmənə qalib gəlmək olmaz”.

- Bu struktur ermənilər üçün də təhlükədir

1 avqustdan terror kurslarına başlayan “POGA”-nın irəlidə ermənilərin özü üçün də təhlükə olacağını söyləyən Savaş Eyilmez, deyib: ”Bu məktəbdə teroror təhsili alanlar onların mövqeyini bölüşməyən erməniləri düşmən elan edəcək və onlara qarşı fəaliyyətə keçəcəklər”.

İddia olunur ki, Ermənistan bu təşkilatın köməyi ilə Dağlıq Qarabağa yenidən hücum edəcək.

(Haber 7-Türkiyə)

XƏBƏR LENTİ