“Türkiyə bundan sonra da Azərbaycana Ermənistanla mübarizədə dəstək verəcək” - Hulusi Akar

511 17-08-2021, 22:27 cemiyyet

“Türkiyə bundan sonra da Azərbaycana Ermənistanla mübarizədə dəstək verəcək” - Hulusi AkarTürkiyə xalqı bundan sonra da haqlı mübarizəsində Azərbaycan xalqının yanında olacaq.

Xeberdar.net məlumat verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə iki ölkənin müdafiə nazirlərinin görüşü olub. Görüşdə ikitərəfli və regional, müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Son günlər Ermənistan tərəfindən Azərbaycanla sərhəddə baş verən hücumlara və təxribatlara toxunan Hulusi Akar qeyd edib ki, Türkiyə xalqı bundan sonra da Azərbaycan xalqına haqlı mübarizəsində dəstək verəcək.

XƏBƏR LENTİ