GECİKMİŞ CƏZA... - MTN-nin “işgəncələr kralı” cinayət məsuliyyətinə cəlb olundu

564 21-08-2021, 13:30 cemiyyet

GECİKMİŞ CƏZA... - MTN-nin “işgəncələr kralı” cinayət məsuliyyətinə cəlb olunduLəğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəis müavini Sahib Ələkbərov cinayət məsuliyyətinə cəlb olunub.

Bu barədə "Gununsesi.info" saytı xəbər verir.

Məlumata görə, S.Ələkbərov AR Cinayət Məcəlləsinin 182.3, 308.2, 311.3.1 və 311.3.2-ci maddələri ilə məsuliyyətə cəlb olunub.

Əslən Tovuz rayonundan olan Sahib Ələkbərov MTN-də “işgəncələr kralı” kimi tanınıb.

Qeyd edək ki, Eldar Mahmudovun mütəşəkkil dəstəsinin ifşasından sonra Sahib Ələkbərov xüsusi xidmət orqanlarından qovulsa da, məsuliyyətdən kənarda qala bilmişdi. Həmin vaxt keçmiş vəzifəlilərdən biri mətbuat vasitəsilə ölkə rəhbərliyinə müraciətində oğlunun S.Ələkbərov tərəfindən şərlənərək girov götürüldüyünü, şəxsən S.Ələkbərov tərəfindən MTN-in arxa qapısının ağzında ondan 400 min manat alındıqdan sonra oğlunun sərbəst buraxıldığını bildirmişdi.

XƏBƏR LENTİ