Alimlər dünyanı gözləyən fəlakətin əlamətləri barədə xəbərdarlıq edirlər

Alimlər dünyanı gözləyən fəlakətin əlamətləri barədə xəbərdarlıq edirlərQlobal iqlim dəyişiklyi hazırda daha çox Qrenlandiyada özünü göstərir. Belə ki, 5 gün əvvəl Qrenlandiya dağlarına tarixdə ilk dəfə olaraq yağış düşüb.

"Report" xəbər verir ki, "Phys.org" nəşri bu barədə Danimarka alimlərinin müşahidələrinə istinadən məlumat yayıb.

Sözügedən təbiət hadisəsi Qrenlandiyada ilk dəfədir ki, qeydə alınır. Bundan əvvəl isə dünyanın ən böyük adasında yağıntılar yalnız qar şəklində qeydə alınıb. Adanın dağlıq hissəsində temperatur son on ildə üçüncü dəfə sıfırdan yüksək olub.

Qrenlandiyada buz örtüyünün üstünə yağan yağış dəniz səviyyəsindən təxminən 3 000 metr yüksəkliyə düşüb.

Adanı əhatə edən buz təbəqəsi Fransadan üç dəfə böyükdür. Məqalədə deyilir ki, buz təbəqəsi əriyərkən dəniz səviyyəsini qaldırmaq üçün kifayət qədər su həcminə malikdir.

Son 2 min ildə 19 belə istiləşmə hadisəsi qeydə alınıb ki, onlardan üçü axırıncı on ildə baş verib. Bu yay Qrenlandiyada rekord səviyyədə - 20 dərəcəyə qədər istiləşmə qeydə alınıb.

Alimlər dünyanı gözləyən fəlakətin əlamətləri barədə xəbərdarlıq edirlər

  • 25-08-2021, 22:25
  • 687


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI