ABŞ dövlət katibinin müavini Rusiyada səfərdədir

545 12-10-2021, 13:14 dunya

ABŞ dövlət katibinin müavini Rusiyada səfərdədirABŞ dövlət katibinin müavini Viktoriya Nulandla Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov arasında Moskvada görüş keçirilib.

Xeberdar.net-in “RİA Novosti”yə istinadən məlumatına görə, tərəflər arasında əsasən ABŞ-Rusiya münasibətləri müzakirə olunub.

Məlumata görə, V.Nuland Rusiya Prezident Adminisrtrasiyası rəhbərinin müavini Dmitri Kozak, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovla da görüşəcək.

Qeyd edək ki, V.Nuland 2019-cu ildən rəsmi Moskvanın “qara siyahısı"na daxil edilmişdi və ona Rusiyaya səfər etmək qadağan olunmuşdu.


Xeberdar.net

XƏBƏR LENTİ