İnstitut direktoru: “İl ərzində 1200-1500 vaxtından əvvəl doğulan körpənin müalicəsi aparılır”

633 17-11-2021, 12:20 cemiyyet

İnstitut direktoru: “İl ərzində 1200-1500 vaxtından əvvəl doğulan körpənin müalicəsi aparılır”“Son bir il ərzində K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda vaxtından əvvəl doğulan 1200-1500 körpənin müalicəsi aparılır”.

Oxu.Az xəbər verir ki, bu sözləri K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev deyib.

O bildirib ki, həmin uşaqların 70 faizi özəl klinikalarda doğulub, daha sonra İnstituta gətirilib:

“İnstitutda həmin uşaqların müalicəsinə və bu dövrdə onların ailələrinə çox ciddi yanaşılır. Məlumatlandırılma tədbirləri mümkün qədər artırılır. Biz çox ümid edirik ki, bu sahədə görülən işlər vaxtından əvvəl doğulan körpələr arasındakı ölüm faktının sürətlə azalmasına kömək edəcək”.

Xeberdar.net

XƏBƏR LENTİ