Neftimizin qiyməti 84 dollara yaxınlaşır

613 25-11-2021, 11:28 iqtisadiyyat

Neftimizin qiyməti 84 dollara yaxınlaşırCIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 24-də 83,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel çoxdur.



Bu barədə Modern.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.



FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 83,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel çoxdur.



Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 79,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel çoxdur.



Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 83,13 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,3 dollar/barel çoxdur.

Xeberdar.net

XƏBƏR LENTİ