Atasını 40 bıçaq zərbəsi ilə öldürən gəncə hökm oxundu

1 115 26-11-2021, 16:25 kriminal

Atasını öldürməkdə təqsirləndirilən 21 yaşlı gəncə hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cahangir Şükürlünün cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən C.Şükürlü 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu il fevralın adaş verib. Sabunçu rayonu ərazisində 50 yaşlı Şükürov Cavanşir Şakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

Onun oğlu 19 yaşlı Cahangir Şükürlü tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək öldürüldüyü məlum olub.

Qətl hadisəsi zamanı Cavanşir Şükürova 40-a yaxın bıçaq zərbəsi vurulduğu bildirilir

Xeberdar.net

XƏBƏR LENTİ