QƏZAYA UĞRAYAN HELİKOPTERLƏ BAĞLI YENİ DETALLAR ÜZƏ ÇIXDI - VİDEO

QƏZAYA UĞRAYAN HELİKOPTERLƏ BAĞLI YENİ DETALLAR ÜZƏ ÇIXDI - VİDEONoyabrın 30-da Xızı rayonu ərazisində Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı ibtidai araşdırmaların ilkin nəticələri bəlli olub.

Bu barədə “Real TV”nin süjetində qeyd olunub.

Süjetdə qeyd olunur ki, qəza baş verən zaman helikopter yerə toxunuşlarının arası bir neçə saniyə olmaqla iki dəfə dəyib. Birinci çırpılmada bəzi hissələr, o cümlədən kiçik təkər, maşına məxsus pilləkən və raket bloku gövdədən ayrılaraq kənara düşüb.

Ehtimal edilir, məhz təkan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovu helikopterdən kənara atıb.

Daha sonra helikopterin pərinin fırlanmasının gücü, eləcə də torpaqla toxunuşdan sonra maşının gövdəsinin yerin üzəri ilə dartılaraq sürüşməsi ikinci təkana səbəb ola bilərdi. Bu isə yanacaq çənini yırtıb. Beləliklə, yanacaq bayıra axmağa başlayıb. Anı qığılcım nəticəsində yanğın baş verib. Torpaq səthinə ikinci çırpılma ilə baş verən yanğın partlayışla nəticələnib və 14 nəfər həlak olub.


Ətraflı süjeti təqdim edirik:

QƏZAYA UĞRAYAN HELİKOPTERLƏ BAĞLI YENİ DETALLAR ÜZƏ ÇIXDI - VİDEO

  • 2-12-2021, 19:58
  • 233


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkili Şahin Seyidzadə bağçada uşağa göstərilən şiddətə münasibət bildirdi
  2. Həbsdəki icra başçısı namaza başladı – FOTO
  3. “Atəşgah Sığorta”-nın “atəşli” səyahət sığortası - Xaricdə “Covid"ə yoluxmuş xəstəyə sığorta haqqı niyə ödənilmir?
  4. Bazar gününə olan hava proqnozu açıqlanıb
  5. Prokurorluq Tofiq Yaqublu ilə bağlı məlumat yaydı:”özünü yumruqlayaraq…” – FOTO
  6. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  7. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  8. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  9. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  10. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI