Bakıda dönərdən zəhərlənənlərin adları məlum olub - SİYAHI

390 13-12-2021, 12:07 cemiyyet

Bakıda dönərdən zəhərlənənlərin adları məlum olub - SİYAHIBakıda dönərdən zəhərlənən şəxslərin adları məlum olub.

Xeberdar.net xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən Musavat.com-a verilən məlumata görə, zəhərlənən şəxslər "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər. Müraciət edənlərin 1-i qadın, 7-si kişi olub. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.
Zəhərlənənlərin siyahısı:

1. Bayramov Cavid,

2. Xəlilov Murad,

3. Fəttahova Tünzalə,

4. Əliyev Həmid,

5. Soltanov Səid,

6. Mirzəyev Rafiq,

7. Ömərov Qüdrət,

8. Soltanov Maqsud.

Vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov, Murad Xəlilov evə buraxılıblar.

Digərlərinin hazırda müalicəsinə davam etdirilir.

Xeberdar.net

XƏBƏR LENTİ