Selcuk Bayrakdar Şuşa - Xankəndi səmalarında PUA yarışları təşkil edəcək! - VİDEO

550 8-02-2022, 20:36 dunya

Selcuk Bayrakdar Şuşa - Xankəndi səmalarında PUA yarışları təşkil edəcək! - VİDEOBu gün "Xaricdə yaşayan türklər və əqrəba icmaları ilə iş üzrə Baş İdarəsi"nin (YTB) başqanı Abdullah Eren və Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Səlçuk Bayraktar Türkiyədə təhsil almış azərbaycanlı məzunlar arasında görüş keçirilib.

Tədbirdə ilk olaraq şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Eyni zamanda, hər iki ölkənin dövlət himni səsləndirilib.

Şəhid ailələrinin də iştirak etdiyi tədbirdə YTB başkanı Abdullah Eren çıxış edərək Türkiyə Azərbaycan birliyinin uğurlarından, bu işin davamını azərbaycanlı türk tələbələrin aparması üçün yaradılan şəraitdən danışıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da çıxışında İkinci Qarabağ mühariəsindən sonra Türkiyə və Azərbaycan diasporlarının münasibətlərinin daha dərinləşdiyini qeyd edib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da Türkiyə Azərbaycan dostluğundan danışıb. Türkiyənin texnologiyada bir həmlə yaratdığını, bu işdə isə Bayrakdar ailəsinin böyük rolu olduğunu söyləyib. Türkiyə Teknoloji Takımı Vakfının rəhbəri Səlçuk Bayrakdar isə öz çıxışına şəhidlərimizin ailə üzvlərini salamlayaraq başlayıb. Saha sonra o, Azərbaycanda texnologiya sahəsində bir sıra yeniliklərin olacağını qeyd edib. Səlcuk Bayraktar, eyni zamanda, “Texnofest” festivalı çərçivəsində keçirilən yarışlardan birinin Şuşada baş tutacağını da əlavə edib. Musavat.com tədbirdən hazırlanan həmin videomaterialı təqdim edir.(musavat.com)

XƏBƏR LENTİ