Qazidən pul tələb olunması iddialarına cavab

333 23-02-2022, 16:11 cemiyyet

Qazidən pul tələb olunması iddialarına cavabQarabağ qazisindən rabitə xidmətlərinə görə 200 AZN civarında çəkiliş haqqı alınması iddiasına rəsmi cavab

Məlumat üçün bildiririk ki, vətəndaş Məğrur Bədəllinin yaşadığı ünvana “Bakı Telefon Rabitəsi” MMC-nin tabeliyindəki 3 saylı Rabitə Xidmətləri Mərkəzi (keçmiş Nizami Telefon Qovşağı) onunla operator arasında bağlanmış müqaviləyə əsasən rabitə xidmətləri təqdim edir.

Məğrur Bədəllinin müraciətləri əsasında eyni ünvana 28.07.2007-ci il və 27.10.2008-ci il tarixlərində 2 ayrı nömrə üzərindən telefon çəkilişi təmin edilib.

Abunəçi üçün ayrılmış telefon nömrələri Azərbaycan Respublikası Tarif Şurasının müvafiq qərarı ilə “Rabitə xidmətləri üçün tariflər preyskurantı”na uyğun qaydada əhali qrupu üçün müəyyən edilən 2.50 AZN abunə haqqı ilə sənədləşdirilib.

29.06.2009-cu il tarixindən vətəndaşın öz mənzilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını nəzərə alaraq onun üçün ayrılmış digər telefon nömrəsi “tariflər preyskurantı”na uyğun qaydada 7.60 AZN abunə haqqı ilə sənədləşdirilib.

Vətəndaş mənzildə qurum fəaliyyətini dayandırdıqdan sonra ərizəsi əsasında 12.05.2011-ci il tarixindən telefon xidməti əhali qrupuna uyğun tarifə keçirilib.

“Bakı Telefon Rabitəsi” MMC (həmin dövrdə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi) tərəfindən 2008 və 2012-ci illər ərzində müraciətçidən 120 AZN və 40 AZN tələb olunması üzrə şikayət sorğusu araşdırılıb, korrupsiya iddiaları təsdiqini tapmayıb.

Ümumilikdə bildiririk ki, “Bakı Telefon Rabitəsi” MMC fəaliyyəti ilə bağlı şəffaflığın təmin olunması, neqativ halların araşdırılması və aradan qaldırılmasında hər zaman maraqlıdır.

“Bakı Telefon Rabitəsi” MMC haqqında

1997-ci ildə yaradılan “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) 2017-ci ilin 19 iyul tarixində “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq yenidən təşkil edilib. 2001-ci ilin 10 may tarixində BTRİB-in nəzdində “Bakİnternet” ilk dövlət internet şəbəkəsi yaradılıb.

“Baktelecom” dövlət orqanlarına, korporativ və fərdi seqmentdən olan 630 min müştəriyə müasir simli və simsiz texnologiyalar vasitəsilə telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra telekommunikasiya xidmətləri göstərir. Əlavə olaraq şirkət rabitə qurğularının layihələndirilməsi xidmətini də həyata keçirir.

Şirkətin bütün istismar ərazisini əhatə edən kabel-kanal qurğuları, fiber-optik şəbəkəsi, IP/MPLS texnologiyasına əsaslanan daşıyıcı şəbəkəsi, GPON texnologiyasına əsaslanan paylayıcı şəbəkəsi mövcuddur. Qurumun tabeliyində altı Rabitə xidmətləri mərkəzi, “Azərrabitəlayihə” MMC və “AzEuroTel” MMC fəaliyyət göstərir.

Müştəri məmnuniyyətinin yüksəldilməsi və xidmət coğrafiyasının genişləndirilməsi məqsədi ilə hazırda fiber-optik, magistral və paylayıcı şəbəkənin əhatə dairəsinin artırılması istiqamətində layihələr həyata keçirilir.

“Baktelecom” haqqında veb-saytımız https://www.baktelecom.az/ üzərindən ətraflı məlumat ala bilərsiniz.

XƏBƏR LENTİ