Bakıda yeniyetmə oğlanı maşın vuraraq öldürdü - 10-14 yaşı olardı

733 30-03-2022, 12:56 kriminal

Bakıda yeniyetmə oğlanı maşın vuraraq öldürdü - 10-14 yaşı olardıNəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Xeberdar.net APA-ya istinadla xəbər verir ki, qəza paytaxtın Vaqif küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib.

Təxminən 10-14 yaşlı oğlan (hələlik ad-soyadı bilinmir) “Koala” parkdan çıxaraq piyada üçün nəzərdə tutulmuş keçiddən keçərkən onu yüksək sürətlə hərəkətdə olan avtomobil vurub. Yeniyetmə hadisə yerində həlak olub.

Yeniyetmənin yaxınları axtarılırlar. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Xeberdar.net

XƏBƏR LENTİ