Rusiya XİN: “Hazırkı şəraitdə NATO ilə siyasi dialoq qeyri-mümkündür”

371 1-04-2022, 11:42 dunya

Rusiya XİN: “Hazırkı şəraitdə NATO ilə siyasi dialoq qeyri-mümkündür”“Hazırkı şəraitdə NATO ilə siyasi dialoq qeyri-mümkündür”.

Xeberdar.net TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Ümum-Avropa əməkdaşlığı departamentinin direktoru Nikolay Kobrinets deyib.

“Təmasların bərpası haqqında danışmaq mənasızdır. Ötən illər ərzində qurulan bütün əməkdaşlıqlar çoxdan aradan qalxıb” , - o bildirib.

O buna səbəb kimi rusiyalı diplomatların son illərdə Brüsseldən qovulmasını, Alyansın şərq sərhədlərində güclənməsini, NATO-ya üzv ölkələrin Ukraynaya hərbi yardımını göstərib.

Xeberdar.net

XƏBƏR LENTİ