Yer kürəsi tarixinin ən hündür dəniz dalğası - 524 metr

490 11-04-2022, 10:44 dunya

Yer kürəsi tarixinin ən hündür dəniz dalğası - 524 metrİndiyədək Yer kürəsində qeydə alınmış ən hündür dəniz dalğası müəyyənləşib.

Teref.az-ın yazdığına görə, qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, alimlər 1958-ci ildə Alyaskada qeydə alınmış 524 metrlik dalğa Yer kürəsi tarixinin ən hündür dalğasıdır.

Həmin ilin iyul aylında Alyaskanın cənub-şərq sahillərində maqnitudası 8,3 bal olan güclü zəlzələ baş verib. Zəlzələnin əmələ gətirdiyi böyük sürüşmə sahilə çıxan nəhəng sunami dalğasının yaranmasına səbəb olub.

Sürüşmə nəticəsində Lituyya körfəzində təxminən 30 milyon kubmetr süxur suya düşüb və nəticədə 524 metr hündürlükdə dalğa əmələ gəlib. Bu, Nyu-Yorkdakı məşhur "Empire State Building” göydələnindən (443 metr) hündürdür.

Dalğanın hündürlüyünə hətta Lituyya körfəzin körfəzin forması da öz təsirini göstərib. Bu barədə Corciya ştatındakı Texnologiya Universitetinin alimi German Frits danışıb:

"Bu dalğa tarixdə qeydə alınan ən böyük dalğadır. Fikrimcə, daha əvvəllər bundan da hündür dalğalar olub, lakin onlar lap çoxdan əmələ gəlib və yalnız geoloji çöküntülər üzrə barələrində mühakimə yeritmək olar. Sürüşmənin yaratdığı adi sunami zamanı dalğalar yelpikvari hərəkət edir. Lakin Lituyya körfəzinin ensiz forması və dik yamaclar dalğanın bir istiqamətə üz tutmasına şərait yaradıb. Su başqa yerə hərəkət edə bilməyərək yuxarı qalxmağa məcbur olub. Bu səbəbdən dalğaların hündürlüyü belə böyük olub”.

Xeberdar.net

XƏBƏR LENTİ