Gürcüstanın Senaki bələdiyyəsindəki hərbi bazada 21 yaşlı hərbi qulluqçu Coni Axalayanın meyiti aşkarlanıb.
Bu barədə yerli mətbuat yazıb.
İlkin məlumatlara əsasən, o, silahla özünü vuraraq öldürüb. Sui-qəsdin motivi və təfərrütaları hələ məlum deyil.
Faktla bağlı istintaqa başlanılıb.
Gürcüstanın Müdafiə Nazirliyi hadisə ilə bağlı hələ heç bir açıqlama yaymayıb.
(Report.az)