Metroda qatar yoluna düşən qızlar azyaşlıdır - RƏSMİ

622 27-04-2022, 17:41 cemiyyet

Metroda qatar yoluna düşən qızlar azyaşlıdır - RƏSMİBu gün Bakı metrosunda qatar yoluna düşərək qaçan qızlar azyaşlılardır.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır: "Qızlar xəsarət almayıblar. Onların valideynləri ilə söhbət aparılır. Araşdırmanın nəticələri haqqında ictimaiyyətə məlumat veriləcək".

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin məlumatına görə, iki qız “20 Yanvar” stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar. Bu səbəbdən “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə “20 Yanvar” stansiyasına çıxarılıb.


Xeberfakt.az

XƏBƏR LENTİ