"Nağıllar aləminə səyahət " adlı dərnək yaradıldı

411 2-04-2022, 17:02 cemiyyet

"Nağıllar aləminə səyahət " adlı dərnək yaradıldı

Aprelin 2 də Abşeron rayon Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 33 saylı tam orta məktəbdə
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən Azad Müəllimlər İctimai Birliyinin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində keçrilən tədbirdə "Nağıllar aləminə səyahət " adlı dərnək yaradıldı.
"Nağıllar aləminə səyahət " adlı dərnəkdə qruplara Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında nağıllar paylanıldı. Hər qrup lideri nağılı orta səslə öz qrup yoldaşları ilə bölüşdü. Sonra qruplar fikir mübadiləsi və müzakirəsi etdilər. Təlimçi Nüşabə Mehtiyevanın köməyi ilə nəticə çıxartdılar və refleksiya yoxlanıldı. Kitabların sonunda yerləşən yaradıcı suallar ev tapşırığı kimi iştirakçılara verildi. Hər kəs bu cür dərnəklərin təşkilinin oxu mədəniyyətinin yaradılmasında böyük rol oynayacağını vurğuladı. Dərnək üzvləri arasında iş bölgüsü aparıldı.

XƏBƏR LENTİ