Filippində güclü zəlzələ olub

797 1-07-2022, 10:22 dunya

Filippində güclü zəlzələ olubFilippinin Luzon adasının sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə cümə axşamı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Şimali İlokos əyalətində yerləşən Laoaq şəhəri olub.

102 min nəfərdən çox əhalinin yaşadığı sahildə episentr 60 km dərinlikdə yerləşirdi.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

XƏBƏR LENTİ