Sabahdan hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ

596 13-07-2022, 16:16 cemiyyet

Sabahdan hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQHava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 14-ü axşamdan 16-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s olacaq.

Azərbaycanın rayonlarında isə iyulun 14-ü axşamdan 16-dək bəzi rayonlarda qərb küləyi arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.

XƏBƏR LENTİ