Kosova qarşıdurmaya səbəb olan qərarını təxirə salıb

Kosova qarşıdurmaya səbəb olan qərarını təxirə salıbKosova hakimiyyəti ölkənin şimalında serb əhalisi ilə münaqişəyə səbəb olan icazə sənədlərinə qadağa qoyulması prosedurunu sentyabrın 1-dək təxirə salıb.

“Report” xəbər verir ki, bu barədə Kosova hökumətinin bəyanatında deyilir.

"Kosova hökuməti bu gün ölkənin şimalında yolların bağlanmasını və orada silahlı şəxslərin polisə atəş açmasını qətiyyətlə pisləyir. Söhbət Kosovanın sabitliyini pozmaq, vətəndaşların və ölkəmizin sülh və təhlükəsizliyinə təhlükə yaratmaq meyillərindən gedir”, - bəyanatda deyilir.

Priştina iğtişaşların təşkilinə görə rəsmi Belqradı ittiham edib.

Qeyd olunur ki, bu hadisələrə görə qismən tanınan ölkənin hakimiyyət orqanları amerikalı və avropalı tərəfdaşlarla əlaqə saxlayaraq, görüşüblər.

"Kosova hökuməti iki qərarın icrasını 2022-ci il sentyabrın 1-dək bütün barrikadaların aradan qaldırılacağı və Kosovonun şimalında tam azadlığın bərqərar olacağı tarixədək təxirə salmağa sadiqdir. Biz beynəlxalq tərəfdaşlara, xüsusilə ABŞ səfirinə töhfələrinə görə minnətdarıq”, - məlumatda deyilir.

Qeyd edək ki, daha əvvəl Kosova hökumətinin bu ölkədəki serblərə qarşı tətbiq etdiyi yeni qaydalar gərginliyin yenidən artmasına səbəb olub.

Yeni qaydalara əsasən, avqustun 1-dən etibarən Serbiyaya məxsus şəxsiyyət vəsiqəsi və pasportları olanların Kosovoya giriş qadağan olunurdu. Bildirilirdi ki, ölkəyə daxil olan serblərə 90 gün qüvvədə olan icazə sənədi veriləcək.

Lakin ölkədə yaşayan serblər qaydalara etiraz əlaməti olaraq şimalda Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıblar, barrikadalar qurublar. Kosova polisi isə “Brnyak” və “Yarinye” sərhəd-keçid məntəqələrini bağlayıb.

Yerli KİV bəzi yerlərdə atəş səslərinin eşidildiyini, əsasən polis qüvvələrinin hədəf alındığını, lakin xəsarət alan olmadığını yazıb.

Kosova qarşıdurmaya səbəb olan qərarını təxirə salıb

  • 1-08-2022, 08:47
  • 350


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. UKRAYNADA PARTİZAN HƏRƏKATI BAŞLAYIB - Ruslara xidmət edənlər öldürülür + FOTO
  2. Çin ordusuna məxsus 20 qırıcı Tayvanın hava məkanına daxil olub
  3. "BROKER" MMC-nin RƏHBƏRİ HƏBS EDİLDİ - DTX tərəfindən saxlanılıb + FOTO
  4. Müsəlmanların qətli məni qəzəbləndirir - Bayden
  5. Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub
  6. Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
  7. Ermənilərin yeni qorxusu: “Belə getsə, İrəvanı da itirəcəyik”
  8. Ünvanlı sosial yardımın məbləği artıb
  9. "Rusiya hərbçiləri kəndə nəzarəti bir neçə dəfə artırıblar...”- Zabuğa gəlmiş Petrosyan...
  10. Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminin nəticələri açıqlanıb
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI