“Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi Şamaxıda “Qadına qarşı zorakılığın aradan qaldırılması mövzusunda tədbir keçirdi

417 27-10-2022, 20:30 cemiyyet

“Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi Şamaxıda “Qadına qarşı zorakılığın aradan qaldırılması mövzusunda tədbir keçirdi

Oktyabrın 27-da Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi həyata keçirdiyi “Qadına qarşı zorakılığın aradan qaldırılması istiqamətində tədbirlərin təşkili “ layihəsi çərçivəsində Şamaxı rayon Əngəxaran kənd klubunda tədbir keçirdi. Tədbirdə Şamaxı rayonu Sabir Əhmədov adına Əngəxaran kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri iştirak etdi.
Qadın və Uşaqların Innovativ Maarifləndirməsinə Dəstək "İctimai Birliyin Sədri, layihənin rəhbəri Aynur Zülfüqarova layihənin məqsədi və məramı ilə bağlı tədbir iştirakçılarını məlumatlandırdı. Bildirdi ki, şiddət və zorakılıq halları günümüzün aktual mövzularından biridir. Maarifləndirici tədbirləri keçirməklə biz çalışırıq ki, ailədə, insanlar arasında olan zorakılıq hallarının qarşısı alınsın. Ailədə zorakılıq hallarına yol verilməsin. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin bu cür çoxlu sayda layihələrə maliyyə dəstəyi göstərir. Bu tip layihələrə maliyyə dəstəyi verdiyinə görə Agentliyə təşəkkür etdi. Sonra söz Şamaxı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səbuhi Həsənov və Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində layihələrin idarə olunması üzrə meneceri, layihənin koordinatoru Nigar Aqakişiyevə, Şamaxı rayonu Sabir Əhmədov adına Əngəxaran kənd tam orta məktəbin direktoru Fatimə Rüstəmovaya verildi. Çıxışçılar layihə ilə bağlı öz fikirlərini bildirdilər.
Sonra söz layihənin eksperti, Azərbaycan Respublikası Təhsil İnstitutunun doktorantı, elmi işçisi Fatimə Zülfüqarovaya verildi.
Ekspert ailədə və cəmiyyətdə baş verən zorakılıq hallarını, şiddət göstərilməsinin baş vermə səbəbləri, onlardan yaranan nəticələr, şiddət hallarının qarşısının alınması ilə bağlı görüləcək işlərlə bağlı tədbir iştirakçılarını məlumatlandırdı. Tələbələrin bu mövzuda suallarını cavablandırdı.
Sonda layihənin rəhbəri Aynur Zülfüqarova tədbirin keçirilməsi üçün şərait yaratdıqlarına görə Şamaxı Rayon İcra Hakimiyyətinə, Dağlıq Şirvan Regional Təhsil İdarəsinə, tədbirin keçirilməsinə dəstək verdiklərinə görə, Şamaxı rayonu Sabir Əhmədov adına Əngəxaran kənd tam orta məktəbin direktor Fatimə Rüstəmovaya və kollektivinə öz minnətdarlığını bildirdi.

Qeyd edək ki, 2 ay müddətində (01.09.2022-01.11.2022 ) icra olunacaq layihə çərçivəsində müxtəlif təhsil müəssisələrini təmsil edən 30 nəfərin təlimlərə cəlb olunması, həmin 30 nəfərə seminarların keçirilməsi nəzərdə tutulur.

Xeberdr.net

XƏBƏR LENTİ