“KRIM DONBASDAN ƏVVƏL AZAD EDİLƏCƏK...” – “Xarkova görə Kurska, Kiyevə görə isə Moskvaya zərbə endirə bilərlər”

836 16-11-2022, 09:30 siyaset / dunya

“KRIM DONBASDAN ƏVVƏL AZAD EDİLƏCƏK...” – “Xarkova görə Kurska, Kiyevə görə isə Moskvaya zərbə endirə bilərlər”Məlum olduğu kimi, bir neçə gün əvvəl bəzi Qərb KİV-lərində Qərb koalisiyası tərəfindən Rusiyaya sülh planı təklif edildiyi və Kremlin bu plana mülayim münasibət göstərdiyi barədə məlumat yayılıb. Həmin plana görə guya, Rusiya 24 fevraldan sonra işğal etdiyi ərazilərdən çıxmalı, lakin Krımın taleyinin müzakirəsi 7 il sonraya saxlanmalıdır. Lakin Ukrayna tərəfi bu məlumatı təsdiq etmədi və rus qoşunları bütün Ukrayna ərazilərini tərk etmədən heç bir danışıq aparılmayacağını bəyan etdi.
“KRIM DONBASDAN ƏVVƏL AZAD EDİLƏCƏK...” – “Xarkova görə Kurska, Kiyevə görə isə Moskvaya zərbə endirə bilərlər”
“AzPolitika.info” xəbər verir ki, ABŞ-da yaşayan tanınmış rusiyalı politoloq və publisist Andrey Piontkovski Qərblə Rusiya arasında məxfi danışıqlar mövzusuna münasibət bildirərkən qeyd edib ki, son söz Ukraynanın olacaq və onun razılığı olmadan nə Donbas, nə də Krım mövzusunda hər hansı güzəşt edilməyəcək.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Ukrayna isə ərazi bütövlüyü məsələsində hər hansı güzəşti qətiyyən qəbul etməyəcək: “Hər şey döyüş meydanında həll ediləcək. Krımın guya Rusiyaya qalacağına dair iddialara gəlincə bu, ən azından hərbi baxımdan real deyil. Əksinə, belə görünür ki, Krım Donbasdan daha tez azad olunacaq. Rusiya müdafiəsində ən həssas və Ukrayna üçün gərəkli istiqamət Zaporojye, Melitopol və sahil boyu xəttdir. Bu, nəticədə Xerson-Krım “qazanı” yaratmış olacaq. Unutmayaq ki, artıq “HİMARS”-lar Xerson istiqamətindən Krımın girəcəyini vura bilir. Bundan əlavə “ATACMS” raketləri var ki, daha uzun məsafələr üçün nəzərdə tutulub”.

Piontkovskinin fikrincə, ABŞ artıq Rusiya ilə onun anladığı dildə danışmağa başlayıb və bunun nəticəsidir ki, nüvə və enerji infrastrukturu şantajları işə yaramır: “ABŞ Rusiyanı başa salıb ki, Ukraynanın enerji strukturlarına zərbələri davam etdirsəniz, Kiyevə çoxlu sayda uzun mənzilli raketlər verəcəyik. Bu isə o deməkdir ki, belə zərbələr davam etdirilsə, bu raketlər dərhal Ukraynaya veriləcək və praktiki olaraq ukraynalılar cavab olaraq Xarkova vurulan hər raketə görə Kurska, Kiyevə endirilən zərbəyə görə isə Moskvaya zərbə endirə biləcəklər. Deməli, Rusiya döyüş meydanında tam məğlub olur, nüvə kartı “vuruldu” və indi də enerji infrastrukturuna zərbə endirmək ona qadağan edildi. Çünki əks halda, Ukraynaya uzun mənzilli raketlər veriləcək. Bütün bunlar Krımın azad edilməsi məsələsində də çox təsirlidir. Bu gün “HİMARS”-lar bütün təchizat yollarına və Krıma qədər çatır. Raket təchizatı artırılandan sonra isə Krım məsələsi kökündən həll olunacaq”.

XƏBƏR LENTİ