14 dekabra hava proqnozu

285 13-12-2022, 17:51 cemiyyet

14 dekabra hava proqnozuBakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu. Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə zəif duman.
Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-11° isti,
Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu olacaq.
Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gecə bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

XƏBƏR LENTİ