Almaniya kontingentini bu ölkədən çıxarır

162 31-03-2023, 12:57 dunya

Almaniya kontingentini bu ölkədən çıxarırAlmaniya bu ilin iyununda öz kontingentini Mali Respublikasından çıxarmağa başlayacaq.

Xeberdar.net xəbər verir ki, bu barədə “Şpigel” qəzeti məlumat yayıb.

Alman hakimiyyət orqanlarının rəsmi planlarına görə, BMT-nin Malidəki missiyası 2024-cü ilin yayına qədər tamamlanacaq.

Nəşrin məlumatına əsasən, Bundesverin Malidəki maddi-texniki bazasından avadanlıqları çıxarmaq çox vaxt aparacaq. Həmçinin, onların Almaniyaya qaytarılması üçün təxminən 1700 yük konteyneri lazımdır.

Qeyd edək ki, hazırda Almaniyanın ərazidəki kontingentində 1100 hərbçi var.

XƏBƏR LENTİ