Zaqatala şəhərində məişət zorakılığı – dövlət və cəmiyyətin ortaq problemi adlı tədbir keçirilmişdir.

271 19-08-2023, 17:07 cemiyyet / gundem

Zaqatala şəhərində məişət zorakılığı  – dövlət və cəmiyyətin ortaq problemi adlı tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin təşkilatçılığı ilə Zaqatala şəhərində “Məişət zorakılığı: dövlət və cəmiyyətin ortaq problemi” adlı layihəsi çərçivəsində tədbir keçirilmişdir.Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala rayon şöbəsində keçirilmişdi.Tədbirdə Şəhid anasi Əzizə Murtusaliyeva,Şəhid yoldaşi İnçi İsayeva,Şəhid anasi Lalə Əskərova və DAUİB-nin sədr muavini şairə publisist Səriyyə Dumanli, Zaqatala rayon şöybəsnin sədri Xanim Nurullayeva,Müəllimə Xalidə Müsənnif, rayonun ziyalilari iştrak etmişdilər.

Tədbiri RİHB yaninda YYÇİHMK-nin uşaqlarla iş üzrə məsləhətçi -psixoloqu VaqifAbdullayev giriş sözünu acib gələn qonaqlari salamladi.Söz verildi “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyevaya. O,çixişinda məişət zorakılığının geniş vüsət alması və bu sahədə maarifləndirilmə işinin aparılmasını önəmli olmasını vurğulayaraq, “Məişət zorakılığı: dövlət və cəmiyyətin ortaq problemi” adlı layihənin Zaqatala şəhərində keçirilməsinin zəruriliyini diqqətə çatdırmışdır. Layihə barəsində ümumi məlumatla çıxış edib.

ən təşkilat rəhbəri layihəni maliyyələşdirildiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və təşkilatçılığa görə isə Zaqatala rayon İcra Hakimiyyətinə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz təşəkkürünü bildirmişdir.

Daha sonra layihə üzrə təlimçi-ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov məişət zorakılığının yaranma səbəbləri, məişət zorakılığı üzrə yaranmış nəzəriyyələr, məişət zorakılığının qarşısının alınması istiqamətində dövlətin apardığı islahatlar, məişət zorakılığı barədə daxili və beynəlxalq qanunvericilik və eləcə də təcrübə barədə müzakirə aparmışdır. Tədbir interaktiv formada keçmiş, tədbir iştirakçıları məişət zorakılığının dövlət və cəmiyyətin ortaq problemi kimi yanaşılmasının zəruriliyini vurğulamışlar.

Xeberdar.net

XƏBƏR LENTİ