Eyni gündə əmioğlulardan biri intihar edib, digərini maşın vuraraq öldürüb

172 7-09-2023, 14:39 hadise

Eyni gündə əmioğlulardan biri intihar edib, digərini maşın vuraraq öldürübHacıqabulda iki əmioğlu eyni gündə ölüb, biri intihar edib, digərini maşın vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında Hacıqabul rayon sakini, 2000-ci il təvəllüdlü Şərəfxan Mehti oğlu Ələkbərov özünü Ağacanlı kəndinin ərazisində yerləşən Xilə meşəsində ağacdan asaraq intihar edib.
Qeyd edək ki, digər hadisə səhər saatlarında Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Naməlum avtomobil Hacıqabul sakini, 2001-ci il təvəllüdlü Ələkbərov Röyal Abuzər oğlunu vuraraq öldürüb. Hər iki faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ