Güclü külək Sumqayıtda fəsadlar törətdi

108 10-09-2023, 17:17 hadise

Güclü külək Sumqayıtda fəsadlar törətdiGüclü külək Sumqayıtda bir sırsa fəsadlar törədib.

Xeberdar.net-in Report-a istinadla məlumatına görə, şəhərin Nizami küçəsində iri gövdəli qovaq ağacı yola aşıb, nəticədə avtomobillərin hərəkətində maneələr yaranıb.

Şəhərin 20-ci məhəllə adlanan ərazisində isə şam ağacı işıq dirəyinin üstünə aşıb, nəticədə mənzillərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Güclü külək Çerkassi küçəsində də fəsad törədib. Belə ki, iri ağac gövdəsindən qopub. Lermontov küçəsində isə söyüd ağacı avtomobilin üzərinə aşıb.

Hadisələrin baş vrdiyi ərazilərə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehalsat Birliyinin Yaşıllaşdırma idarəsinini əməkdaşları cəlb edilib, ağaclar doğranaraq ərazidən daşınıb.

XƏBƏR LENTİ