Bakıda inzibati binada yanğın: 50 nəfər təxliyə olundu

114 11-09-2023, 19:56 cemiyyet / hadise

Bakıda inzibati binada yanğın: 50 nəfər təxliyə olunduBakıda dördmərtəbəli inzibati binada yanğın olub, 50 nəfər təxliyə edilib.

Bu barədə Xeberdar.net-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumata görə, Qaradağ rayonunda dördmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət otaqlar 200 m² sahədə və 2-ci mərtəbəsində 1 ədəd taxtadan ibarət pəncərə çərçivəsi yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 50 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ