Binə qəsəbəsində mebel salonu yanıb

104 13-09-2023, 10:19 hadise

Binə qəsəbəsində mebel salonu yanıbBakının Xəzər rayonununda mebel mağazasında yanğın baş verib, xəsarət alan var.

Xeberdar.net-in AYNA-ya istinadən məlumatına görə, qəsəbənin Əli İsazadə küçəsində yerləşən 3 mərtəbəli mebel satış mağazasının birinci mərtəbəsində yanğın baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları çağırılıb və yanğın söndürülüb.

Hadisə zamanı mağazanın sahibi, 1980-ci il təvəllüdlü Həbibov Ramin Hidayət oğlu xəsarət alıb. Yanğın təqribən 150 km. ərazini əhatə edib.

Hadisənin təfərrüatı araşdırılır.

XƏBƏR LENTİ