Təbii fəlakət: Liviyada ölənlərin sayı 7 minə çatır

110 13-09-2023, 17:58 hadise / dunya

Təbii fəlakət: Liviyada ölənlərin sayı 7 minə çatırLiviyanın Derna şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 7 minə çatıb.

Xeberdar.net-in məlumatına görə,bu barədə Liviya Nümayəndələr Palatasının (parlament) rəsmi nümayəndəsi Abdalla Belhak bildirib.

“Minlərlə cəsəd hələ də şəhərin küçələrində və ya dənizdə qalıb. Onları dəfn etməyə imkanımız yoxdur”, - o deyib.

Qeyd edək ki, Yunanıstan və Bolqarıstanda daşqınlara səbəb olan “Daniel” qasırğası sentyabrın 11-də Liviyaya çatıb. Təbii fəlakət xüsusən Derna şəhərində böyük fəsadlara səbəb olub. Daşqınlarla əlaqədar Liviya Milli Birlik Hökuməti şəhərdə təbii fəlakət vəziyyəti elan edib.

XƏBƏR LENTİ