Bakıda ər arvadını boğaraq öldürdü

110 14-09-2023, 16:15 hadise

Bakıda ər arvadını boğaraq öldürdüBu gün saat 14:00 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində evlərin birində 1974-cü il təvəllüdlü Xalidə Şirəli qızı Zülfüqarovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Xeberdar.net-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1960-cı il təvəllüdlü Şahniyar Məhəmməd oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.

XƏBƏR LENTİ