Çay kənarında kişi meyiti tapılıb

99 15-09-2023, 16:21 hadise

Çay kənarında kişi meyiti tapılıb56 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xaçmazda kişi meyiti aşkarlanıb. Xeberdar.net-in əlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Qeyd olunub ki, Xaçmaz-Xudat avtomobil yolunun Köhnə Xaçmaz kəndi ərazisində, Qudaylçayın kənarında üzərində xəsarət olan 50-55 yaşlı naməlum kişi meyiti tapılıb.

Aparılan araşdırmalar zamanı meyitin 56 yaşlı rayon sakini Qərib Rzayev olduğu müəyyən edilib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini 27 yaşlı Yalçın Hüseynov saxlanılıb.

XƏBƏR LENTİ