Gədəbəydə qəza: polis həlak olub

112 27-09-2023, 10:19 hadise

Gədəbəydə qəza: polis həlak olubHadisə dünən axşam saatlarında baş verib

Gədəbəydə polis nəfəri xidmət vaxtı baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Xeberdar.net-in APA-ya istinadən məlumatına görə, sentyabrın 26-da saat 17 radələrində Gədəbəy rayonu ərazisində “Niva” markalı avtomobillə xidmətdə olan polis nəfəri, 1996-cı il təvəllüdlü Cahan Orucov qəzaya uğrayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisə nəticəsində polis əməkdaşı həlak olub. Araşdırma aparılır.

XƏBƏR LENTİ