Ağdamda evdə yanğın baş verdi

148 28-09-2023, 21:46 hadise

Ağdamda evdə yanğın baş verdiAğdamda birmərtəbəli evdə yanğın olub, tüstüdən zəhərlənən var.

Bu barədə Xeberdar.net-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, rayonun Quzanlı qəsəbəsində ümumi sahəsi 196 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 5 m² sahədə mebel yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ