ŞƏKİDƏ SAZLI SÖZLÜ KƏLAĞAYI GÜNLƏRİ KEÇİRİLİB.

355 17-11-2023, 19:00 medeniyyet

ŞƏKİDƏ SAZLI SÖZLÜ KƏLAĞAYI GÜNLƏRİ KEÇİRİLİB.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və "Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə, 1 noyabr 2023-cü il tarixindən Naxçıvandan start götürən "Sazlı Sözlü Kəlağayı Günləri” layihəsinin davamı 17 noyabr, 2023- cü ildə Şəki şəhərində Şəki Mədəniyyət Mərkəzində geçirildi.
"Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı tədbiri açaraq, tədbirin mahiyyətindən danışdı.
Kəlağayı vaxtilə Şamaxıda, Təbrizdə, Gəncədə, Naxçıvanda da istehsal olunub ,müxtəlif çeşidli baş örtüyü İsmayıllı rayonunun Baskal qəsəbəsində və Şəki şəhərində istehsal edilib, bu gün də istehsal olunur.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.Azərbaycanın Dövlət Himni səsləndirildi.
Söz 3 nömrəli Şəki Uşaq Musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərovaya verildi. O, qonaqları salamladı, kəlağayının Şəkidə istehsalının inkişafından, toy - düyünlərimizdə bu gün də necə istifadə olunmasından maraqlı açıqlamalar verdi.
Sonra Bəxtiyar Vahabzadə Ev Muzeyinin direktoru Elşən Zəkəryəbəyli , Şəki şəhər 2 nömrəli musiqi məktəbinin xor şöbəsinin müdiri Fərqanə Salamova, MİHİ Şəki rayon komitəsinin sədri Nəzakət Əliyeva, qiraətçi Bəhiyyə Nağıyeva, şair Niyaməddin Namə kəlağayı haqqında gözəl çıxış etdilər, şeirlər söylədilər.
Şəki 3 nömrəli Uşaq Musiqi məktəbinin muğam üçlüyü- tarda Sərdar İlyaszadə, kamançada Babək Abdullayev, nağarada Elşən Qafarof, xanəndə Ramil Əyyubov, müğənni Namiq Aslanov, Vüqar Rüstəmli öz zəngin repertuarları ilə iştirakçılara xoş ovqat bəxş etdilər.
Çıxış edən natiqlər tədbirin mahiyyəti və önəmindən, vacibliyindən danışdılar.
Azərbaycan kəlağayıısı ölkəmizin birinci vitse Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2014-cü ildə Yuneskonun Qeyri Maddi Mədəni irs üzrə Reprezentatiiv siyahısına daxil edilib və kəlağayımız bu gün dünya səviyyəsində tanınır və qorunur. 26 Noyabr Azərbaycan Kəlağayısı Günüdür. Bu münasibətlə Azərbaycanın şəhər və bölgələrində bayram kimi qeyd olunur. Yekun olaraq Beynəlxalq Muğam Mərkəzində təntənəli qeyd olunacaq.
Sazlı Sözlü Kəlağayı Günləri Şəkidə möhtəşəm keçdi, maraqla qarşıl andı. Sonda xatirə şəkilləri çəkildi.

Xeberdar.net
ŞƏKİDƏ SAZLI SÖZLÜ KƏLAĞAYI GÜNLƏRİ KEÇİRİLİB.ŞƏKİDƏ SAZLI SÖZLÜ KƏLAĞAYI GÜNLƏRİ KEÇİRİLİB.
ŞƏKİDƏ SAZLI SÖZLÜ KƏLAĞAYI GÜNLƏRİ KEÇİRİLİB.
ŞƏKİDƏ SAZLI SÖZLÜ KƏLAĞAYI GÜNLƏRİ KEÇİRİLİB.

XƏBƏR LENTİ