Şamaxıda “Sazlı-sözlü kələğayı” günləri keçirildi.

214 18-11-2023, 09:04 medeniyyet

Şamaxıda “Sazlı-sözlü kələğayı” günləri keçirildi.
Azərbaycan Respublikası Mədəniyyət Naziliyinin dəstəyi, Şamaxı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxı rayon Ə.Xaqani adına Mədəniyyət Mərkəzində “Sazlı-sözlü kələğayı günləri” adlı tədbir keçirildi.
Tədbirdən öncə Kələğayilərdən ibarət şərgiyə baxış keçirildi. Daha sonra tədbiri giriş sözü ilə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə açaraq, qonaqları salamladı və tədbirin mahiyyətindən danışdı. Sözü Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kələğayi Muzeyinin direktoru Güllü Eldar Tomarlıya verdi. O, qeyd etdi ki, 26 noyabr Azərbaycan Kələğayısı günüdür. Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2014-cü ildə Kələğayı U nesco-nun qeyri maddi, mədəni irs üzrə reprezentativ siyahısına daxil olub və dünya birliyinə təqdim olunub, tanıdılıb.
“Sazlı-sözlü Kələğayı günləri” Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin tövhəsidir. Bu münasibətlə tədbirlərdə sərgilər təşkil edilir, ədəbi-bədii gecələr keçirilir. Bu tədbirlər böyük sevgi ilə qarşılanır. 01 noyabr tarixindən başlanan silsiləvi tədbir bu gün Şamaxıda keçirilir.
Tədbirdə Şəhidlərimiz anıldı, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra, söz Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdaşları Rəşad Əliyev və Pərvin Eynalovaya verildi. Onlar öz çıxışlarında 26 noyabr Azərbaycan Kələğayısı gününün respublikamızın bütün bölgələrində keçirilməsini arzu etdilər. Tədbirdə şair, yazıçı, Prezident təqaüdçüsü Mətanət Ulu Şirvanlı, şair Vüsal Ağa, Dövlət və qanun qəzetinin redaktoru Yasəmən Möhübbətqızı, Məclisin üzvü Lilpar Qəzənfər çıxış etdilər.
Respublikanın Əməkdar mədəniyyət işçisi aşıq Ağamurad Şirvanlının rəhbərliyi ilə “İncə tellər” aşıqlar ansamblı, Elməddin Qocayevin rəhbərliyi altında “Nur” instrumental ansamblı, müğənnilər – Əfsanə Qurbanova, Faiq Mirzəyev və Elvin Abdullayev öz çıxışları ilə tamaşaçılara xoş ovqat bəxş etdilər.
Sonda xatirə şəkili çəkildi.
Şamaxıda “Sazlı-sözlü kələğayı” günləri keçirildi.
Şamaxıda “Sazlı-sözlü kələğayı” günləri keçirildi.
Şamaxıda “Sazlı-sözlü kələğayı” günləri keçirildi.
Şamaxıda “Sazlı-sözlü kələğayı” günləri keçirildi.

XƏBƏR LENTİ