“Qəzzada əməliyyat ən azı iki ay davam edəcək” - İsrailin müdafiə naziri

130 24-11-2023, 09:10 dunya

“Qəzzada əməliyyat ən azı iki ay davam edəcək” - İsrailin müdafiə naziriİsrail ordusunun Qəzza zolağındakı hərbi əməliyyatı ən azı daha iki ay davam edəcək, anklavda saxlanılan girovların bir qisminin azad edilməsinə dair razılaşmada nəzərdə tutulan hərbi əməliyyatların qarşıdakı fasiləsi qısa olacaq.

“Report” xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant 13-cü flotiliyanın - İsrail Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları ilə görüşündə deyib.

“Bu, qısa fasilə olacaq, bundan sonra gərgin döyüşlər davam edəcək, daha çox oğurlananların geri qaytarılması üçün təzyiq yaradılacaq. Daha iki aylıq döyüşlər gözlənilir”, - nazir bildirib.

XƏBƏR LENTİ