Gürcüstanda 4,4 maqnitudalı zəlzələ olub

81 23-12-2023, 11:52 dunya

Gürcüstanda 4,4 maqnitudalı zəlzələ olubBu gün səhər saatlarında Gürcüstanın şərqində 4,4 maqnitudalı zəlzələ olub.

AYNA xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Yeraltı təkanlar ölkənin Kaxeti bölgəsində qeydə alınıb.

Zəlzələnin dərinliyi 15 kilometrdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

XƏBƏR LENTİ