İnfarkt öncəsi bu ağrılar olur - Diqqət

102 24-12-2023, 11:10 cemiyyet

İnfarkt öncəsi bu ağrılar olur - Diqqətİnfarktdan öncə infarktönü vəziyyət yaranır. Çox xəstələr bu məqamı gözdən qaçırır.

Xeberdar.net-in Medicina.az-a istinadən məlumatına görə, kardioloq Anastasiya Fomiçeva ürək üçün tipik olmayan kardial simptomları açıqlayıb.

“Tipik simptomlara döş qəfəsində ağrı, sancı, təngnəfəslik, təzyiqin qəfil düşməsi, ürək ritminin pozulması – ya aritmiya, ya bradikardiya aiddir. İnfarkönünün qeyri-tipik simptomları: qəfil zəiflik, tərləmə, ürəkbulanma, qusma, öyümə, qarında ağrı, öskürək, huşun itməsi, ölüm qorxusu, ayaqların gücsüzləşməsi.

Aşağıdakı simptomlar isə artıq infarktın kəskin fazasını göstərir:

- Sinədə sanki beton plitə varmış kimi ağırlıq;

- Sinədə alov, yanma hissi;

- Sanki öndən və arxadan bıçaq kəsirmiş kimi hiss;

- Ağrının boyun, çənə, qola, qarına yayılması;

- Nitroqliserin qəbulundan sonra da ağrının kəsməməsi;

- Ağrı 20-30 dəqiqədən tutmuş 5 saata kimi davam edə bilər", - kardioloq qeyd edib.

XƏBƏR LENTİ