HƏMAS-a qarşı əməliyyat genişləndirilir

78 24-12-2023, 11:12 dunya

HƏMAS-a qarşı əməliyyat genişləndirilirİsrail ordusu Qəzzanın cənubunda, xüsusən də HƏMAS-ın yeraltı infrastrukturuna qarşı əməliyyatları daha da genişləndirib.

Xeberdar. net-in məlumatına görə, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari məlumat yayıb.

Haqarinin sözlərinə görə, Xan Yunis bölgəsində İsrail ordusu Fələstin terror qruplaşmasının tunellərinə qarşı çox aktiv mübarizə aparır:

“Yaxın günlərdə 99-cu diviziyanın imkanlarını daha da genişləndirəcəyik. İndiyədək quru qoşunları Qəzza zolağı boyunca 30 minə yaxın partlayıcı, o cümlədən tank əleyhinə raketləri məhv edib və ya ələ keçirib”.

XƏBƏR LENTİ