"Vətəndaş məmnunluğu yüksək səviyyədə təmin olunmalıdır" - Vilayət Eyvazov

64 19-01-2024, 17:06 cemiyyet

"Vətəndaş məmnunluğu yüksək səviyyədə təmin olunmalıdır" - Vilayət EyvazovDaxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 2023-cü ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib.

Müşavirəyə yekun vuran daxili işlər naziri konkret tapşırıq və tövsiyələr verib. Nazir, Baş İdarənin və onun struktur qurumlarının rəislərindən 2024-cü ildə xidməti fəaliyyətdə əsas diqqəti şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin qətiyyətlə aparılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunmasına, ən əsası isə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunmasına yönəltməyi tələb edib.
Əməliyyat müşavirəsində şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunması ilə bağlı görülən işlərin vəziyyəti, vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alınmaları ilə bağlı tədbirlərin görülməsinə dair göstərişlərin icrası nəzərdən nəzərdən keçirilməklə nazir müvafiq tapşırıqlar verib.

Nazir vətəndaşların mənzil başına rahat və təhlükəsiz çatmaları üçün aidiyyəti orqanlarla birlikdə paytaxtda nəqliyyat sıxlığının və tıxacların qarşısının alınmasının, yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının, eləcə də sərnişindaşıma sahəsində olan nöqsanların aradan qaldırılmasının vacibliyinə toxunub.

Daxili işlər orqanlarının dövlət qayğısı ilə hərtərəfli əhatə olunduğunu məmnunluqla vurğulayan general-polkovnik V.Eyvazov əmin olduğunu bildirib ki, Baş İdarənin şəxsi heyəti xidməti borcunu, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təminində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.

XƏBƏR LENTİ