Ağcabədi sakinlərində 20 kilo narkotik aşkarlandı – Foto

65 23-01-2024, 09:47 kriminal

Ağcabədi sakinlərində 20 kilo narkotik aşkarlandı – FotoAğcabədi rayonunda polis əməkdaşları tərəfindən 20 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Xeberdar.net məlumat verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Xaliq Əsədov və İmran Qasımov saxlanılıb.

X.Əsədovun yaşadığı ünvanda müvafiq qaydada aparılan axtarış zamanı 10 kiloqramdan artıq marixuana, İ.Qasımovun üzərindən heroin və marixuana bükümləri, evindən 8 kiloqrama yaxın marixuana aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Xeberdar.net

XƏBƏR LENTİ