HƏMAS girovlara görə İsraili hədələdi

81 9-06-2024, 10:41 dunya

HƏMAS girovlara görə İsraili hədələdiHƏMAS İsraili növbəti dəfə hədələyib.

Xeberdar.net-in məlumatına görə,bu barədə hərəkatın Teleqram hesabında paylaşım edilib.

“İsrail hərbçilərinin 8 aydan sonra girovlarından bir neçəsini azad etdiyini elan etməsi onların Qəzzada strateji məğlubiyyətə uğraması faktını dəyişmir: biz hələ də xeyli sayda girov saxlayırıq və onların sayını daha da artırmağa qadirik”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, ötən gün İsrail 4 girovun azad edildiyini bəyan edib.

XƏBƏR LENTİ